Rusiya: "Türkiyə təyyarələri vurulacaq" 1-02-2016, 21:06 Rusiya Türkiyə-Suriya sərhədində yeni uçuş qaydaları müəyyənləşdirib. Yeni qaydaya görə, Suriya hava məkanına daxil olan türk təyyarələri vurulacaq. Axar.az xəbər verir ki, bu barədə Küveytin “Ər-Rai” qəzeti məlumat yayıb. Məlumata görə, Rusiya Suriya hava məkanına daxil olan türk təyyarələrinin dərhal vurulması əmrini verib. Buna uyğun olaraq, Rusiya-Türkiyə arasında 1998-ci ildə imzalanmış Adana müqaviləsi ləğv edilib. Rusiyanın Suriyanın Miq-29 təyyarələrini modernləşdirməsi də nəzərdə tutulub. Bundan əlavə, xəbərdə Suriya ordusunun irəliləyişi nəticəsində cihadçı qruplaşmalar arasında ixtilafların başladığı da deyilib. Digər tərəfdən, Suriya-Türkiyə sərhədinin də bağlanılması planlaşdırılır. Facebook-da paylaş