Vaşinqton: “Rusiya təyyarəsi Türkiyənin və NATO-nun hava məkanını pozub”

2-02-2016, 09:19           
Vaşinqton: “Rusiya təyyarəsi Türkiyənin və NATO-nun hava məkanını pozub”
Rusiyaya məxsus hərbi təyyarə yanvarın 29-da Türkiyənin hava məkanını pozub.

TASS agentliyi xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsu Con Kirbi bəyan edib.

“Bu ittiham deyil, yalnız faktdır. Gördüyümüz müvafiq məlumatlara əsaslanaraq təsdiq edə bilərik ki, Rusiyaya məxsus hərbi təyyarə həqiqətən Türkiyənin və NATO-nun hava məkanını pozub”, - deyə C.Kirbi bildirib.

Onun sözlərinə görə, ABŞ bu məsələdə Türkiyə ilə həmrəydir: “Biz Rusiyanı Türkiyənin hava məkanına hörmət etməyə və regionda qeyri-sabitliyin artmasına yönələn hərəkətlərə son qoymağa çağırırıq. Hesab edirik ki, Rusiya və Türkiyə ünsiyyətdə olmalı, gərginliyi aradan qaldırmaq üçün müvafiq tədbirlər görməlidirlər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.