Rusiya: “Türkiyə onlardan istifadə etdi”

2-02-2016, 09:41           

Artıq əminliklə deyə bilərik ki, Türkiyə Qərb ölkələri ilə ABŞ-dan kobud şəkildə istifadə edib.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov SU-34 təyyarəsinin Türkiyə sərhədini pozması ilə bağlı olan görüntülərə NATO-nun məxfilik dərəcəsi verməsinə münasibət bildirərkən deyib.

“Fərqli bir şey gözləmirdik. Türkiyə bu olaya NATO-nu daxil edib. Bu məlumatın bizdən gizlədilmədiyi aşkardır. Məlumat ABŞ ictimaiyyətindən və mediasından gizlədilir. Artıq deyə bilərik ki, Türkiyə Qərb ölkələri ilə ABŞ-dan kobud şəkildə istifadə edib”, - Konaşenkov bildirib.

Qeyd edək ki, Rusiya tərəfi Su-34 qırıcısının Türkiyə hava sərhədini pozması ilə bağlı olan görüntüləri NATO-dan istəyib. Lakin NATO məxfilik dərəcəsinin əsas gətirərək həmin görüntüləri Rusiyaya təqdim etməyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.