ŞOK! Ürəyindən 4 sm uzunluğunda iynə çıxarıldı

2-02-2016, 09:46           

Stavropol diyarının kliniki xəstəxanasında kardiocərrahlar ağlasığmaz əməliyyat aparıblar. Təcrübəli həkimlər əməliyyat stoluna çatdırılmış kişinin ürəyindən böyük tikiş iynəsi çıxarıblar.

teref.az Azərtac-a istinadla xəbər verir ki, həkimlər iynənin yaşlı adamın bədəninə təsadüfən düşdüyünü və ürəyinədək yeridiyini bildiriblər. Pasiyent ölümlə üzbəüz qalıb. Dərhal 9 təcrübəli həkim təhlükəli əşyanın ürəkdən çıxarılması və kişinin xilas edilməsi üçün əməliyyata başlayıb.

Xəstəxanadan verilən məlumata görə, əməliyyat bir neçə saat davam edib. Cərrahi müdaxilə müddətində ürək əzələsi xüsusi olaraq tərpənməz saxlanılıb və kişi süni qan dövranı aparatına qoşulub.

Təxminən 4 sm uzunluğunda olan iynə pasiyentin ürək mədəcikləri arasınadək çatsa da, həkimlər onu çıxara biliblər. Onların istənilən ehtiyatsız hərəkəti əməliyyat olunanın ölümünə gətirib çıxara bilərdi. Hazırda kişi reabilitasiya mərhələsini keçir və səhhəti tam qaydasındadır. İynə isə xəstəxanada Stavropol cərrahlarının ustalığı və peşəkarlığının rəmzi kimi saxlanılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.