Misir “BozQurd”ların Rusiya təyyarəsinə qarşı terrorda əlinin olması barədə məlumatları təkzib edib
2-02-2016, 14:05
Misir “bozqurd"ların Rusiya sərnişin təyyarəsinə qarşı terrorda əlinin olması ilə bağlı Rusiya mətbuatında yayılan məlumatları təkzib edib.
APA-nın “orientalexpress.info” saytına istinadən verdiyi xəbərə görə, bunu Misir Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi, briqada generalı Ayman Halmi bildirib. O qeyd edib ki, “bozqurd"ların ötən ilin oktyabrında Rusiya təyyarəsində baş vermiş partlayışla əlaqəsi olması barədə məlumatlar həqiqəti əks etdirmir. A. Halmi deyib ki, Misir DİN bu hadisə ilə bağlı əsaslandırılmamış söz -söhbətlər eşitmək istəmir.
Qeyd edək ki, “Kommersant” qəzeti Rusiya xüsusi xidmət orqanlarına istinadən Misir səmasında Rusiya təyyarəsinin partladılmasında Türkiyə millətçiləri - “bozqurd"ların əlinin olması ilə bağlı məlumat yayıb.