ABŞ-ın "SEAL Team 6" xüsusi təyinatlı dəstəsi haqda sensasion faktlar
2-02-2016, 14:33
ABŞ ordusunun xarici ölkələrdə əməliyyat həyata keçirən “SEAL Team 6” dəstəsi bir gecəyə 25 nəfəri də öldürsə heç kim bu dəstəni sorğu-sual edə bilməz.
Avropa.info xəbər verir ki, ABŞ təhlükəsizlik qüvvələrinin ölkənin milli maraqları müzakirə mövzusu olduğu zaman nələrə qadir olduğunu nümayiş etdirən çoxsaylı hesabatlarla artıq tanışıq.
“SEAL Team 6” xüsusi təyinatlı dəstəsi tərəddüdsüz müharibə başlatmaq, siber casusluq etmək, gizli razılaşmalara imza atmaq, istədikləri ölkəni və ya qrupu silahlandırmaq səlahiyyətinə malikdir.
Bu dəstənin üzvləri öz vətəndaşlarını belə heç düşünmədən öldürə bilirlər. “Washington Post” qəzetinin yaydığı hesabata görə ABŞ polisi keçən ilin ilk 5 ayında 385 nəfəri öldürüb. Hesabata görə gündə orta hesabla 2.6 ABŞ vətəndaşı, polisin qurbanı olur.
“New York Times” isə ABŞ xüsusi təyinatlı dəstələri haqda geniş bir araşdırma yazı dərc edib. Yazıda “SEAL Team 6” olaraq adlandırılan dəstə haqda da geniş məlumat verilir.
Yazıda dəstənin xarici ölkələrdə həyata keçirdiyi əməliyyatlarda hədəf güdmədən sui-qəsd həyata keçirdiyi bütün detalları ilə göstərilib.
“SEAL Team 6”-nın sabiq üzvlərinə istinadən hazırlanan yazıda dünyanın bu dəstənin adını əl-Qaidə lideri Üsamə Bin Ladenin öldürüldüyü əməliyyatla eşitdiyi bildirilir.
ABŞ mətbuatı həmin dövrdə “SEAL Team 6”-nı tərifləyən yazılar dərc etmişdi. Ancaq “New York Times”-dakı xəbərə görə 11 sentyabr hadisələrindən sonra bu dəstə sözün həqiqi mənasında canavar qrupuna və ya insan ovu həyata keçirən dəzgaha çevrilib.
Xüsusi təyinatlı dəstə təxminən 1800 nəfərdən təşkil olunur. Bunlardan 300-ü hücum manqası olub ön cəbhədə yer alır və sui-qəsd əməliyyatlarını həyata keçirir. Geri qalan 1500 nəfər isə dəstək komandasıdır. Bu komanda hücum sənədlərini, qurğuları, kəşfiyyat məlumatlarını və əlaqələri təmin edir.
Qəzetin əldə etdiyi məlumata görə “SEAL Team 6” üzvünün yetişdirilməsi üçün 1 milyon dollar vəsait sərf olunur. Xüsusi təyinatlı dəstənin mərkəzi qərargahı Virciniya ştatında yerləşir. Dəstə üzvləri ailələri ilə birlikdə burada yaşayırlar. Gündəlik həyatlarında bazadan demək olar ki, nadir hallarda çıxırlar.
Dəstənin əməliyyat təşkil etdiyi ölkələr sırasında Somali, Yəmən, Əfqanıstan, Pakistan, İraq və hal-hazırda Suriya əsas yerlərdə dayanır. Amma verilən açıqlamaya görə əslində dəstə üzvləri daha çox ölkədə aktivdir.
Onlar müxtəlif zamanlarda formalarını dəyişirlər. Bəzi hallarda ər-arvad və ya bir sərmayəçi qılığına girirlər.
Gizli şəxsiyyətin tələb olunduğu əməliyyatlarda xüsusi dəstə üzvlərini kamuflyaj etmək diplomatik missiyaların üzərinə düşür.
Belə hallarda onlar vəziyyətdən asılı olaraq ticarət gəmilərini də istifadə edirlər. Dəstə hər cür müasir texnika ilə təchiz olunub.
Dəstə 2006-2008-ci illər arasında Əfqanıstanda hər gecə ən azı 10-15 nəfəri öldürüb. Bəzi gecələr isə bu rəqəm 25-ə qədər yüksəlib.
İlk olaraq 1980-ci ildə dəstənin qurulması üçün qərar qəbul olunub. Həmin dövrdə İranda 53 Amerikalı girov götürülmüşdü. Girovları xilas etmək üçün bir qrup göndərildi. Ancaq göndərilən qrup İranda müvəffəq ola bilmədi.
Məhz bu hadisədən sonra dəstənin yaradılması üçün işə başlandı. “Sea”- dəniz, “Air”-hava və “Land”-yer sözləri birləşdirilərək dəstənin adı “SEAL” olaraq seçildi.