Koronavirusun yeni ştammı dünyanın ən çox insan yaşayan daha bir ölkəsinə çatdı

29-12-2020, 10:26           
Koronavirusun yeni ştammı dünyanın ən çox insan yaşayan daha bir ölkəsinə çatdı
Hindistanda ən azı altı nəfərdə koronavirusun mutasiyaya uğramış və daha aqressiv ştammına yoluxma halı qeydə alınıb.

Bu barədə TASS Hindistan hökumətinin mətbuat ofisinə istinadla xəbər yayıb.

Bildirilir ki, yoluxmuş altı nəfərin hamısı bu yaxınlarda Böyük Britaniyadan qayıdıb.

Məlumata görə, cari ilin 25 noyabr-23 dekabr tarixində İngiltərədən Hindistana təxminən 33 min sərnişinin gedib. Onlardan 114 nəfərdə koronavirus testi müsbət nəticə verib.

Böyük Britaniyada koronavirusun yeni növünün yayılması ilə əlaqədar Hindistan 23 dekabrdan etibarən Birləşmiş Krallığa gediş-gəlişini dayandırıb. Yerli hakimiyyət orqanlarına mərkəzi hökumət tərəfindən son dörd həftə ərzində Britaniyadan qayıdan bütün insanları COVID-19 əlamətlərinin olması barədə sorğu keçirmək və lazım gələrsə, onları test etmək tapşırılıb.oxu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru