PUTİN NAVALNINI İNDİ DƏ DƏLƏDUZLUQDA İTTİHAM EDİR - Cinayət işi açdırdı

30-12-2020, 08:34           
PUTİN NAVALNINI İNDİ DƏ DƏLƏDUZLUQDA İTTİHAM EDİR - Cinayət işi açdırdı
Aleksey Navalnıya qarşı dələduzluqla bağlı cinayət işi açılıb.

Bunu Rusiya İstintaq Komitəsinin rəsmisi Svetlana Petrenko deyib.

“Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsi, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsinə (xüsusilə böyük miqyasda dələduzluq) əsasən Aleksey Navalnı və digər şəxslərə qarşı cinayət işi başlanması üçün kifayət qədər məlumat toplayıb”, - Petrenko bildirib.

İstintaqın məlumatına əsasən, Korrupsiyaya qarşı Mübarizə Fondu, “İlin 5-ci mövsümü” KİV-ə dəstək Fondu, Vətəndaşların Hüquqlarının Müdafiəsi Təşkilatı və Koordinasiyası Fondu, Vətəndaşların Hüquqi Dəstəyi Fondu və “Qərargah” Vətəndaşların Hüquqlarının Müdafiəsi Fondu da daxil olmaqla bir sıra qeyri-kommersiya təşkilatları üçün fiziki şəxslərdən 588 milyon rubl pul toplanılıb.

“Pullar bu təşkilatların məqsədləri üçün nəzərdə tutulmuşdu. Amma Navalnı bu məbləğin 356 milyon rubldan çoxunu şəxsi məqsədlər üçün, o cümlədən şəxsi əmlak əldə etmək və xaricdəki tətillər də daxil olmaqla xərclərin ödənilməsi üçün xərcləyib”, - komitədən bildirilib./axar












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru