Zelenski İranın vurduğu təyyarənin heyətini təltif etdi

30-12-2020, 09:29           
Zelenski İranın vurduğu təyyarənin heyətini təltif etdi
Ukrayna Prezidenti Vladimir Zelenski bu ilin yanvarında İran tərəfindən vurulan Ukrayna Hava Yollarına məxsus “Boinq” sərnişin təyyarəsinin ekipaj üzvlərinə Ukrayna Qəhrəmanı adı verib.

Təyyarənin komandirləri Vladimir Qaponenko və Aleksey Naumkin, ikinci pilot Sergey Xomenko, baş bələdçilər Yekaterina Statnik və İqor Matkov, bələdçilər Denis Lıxno, Mariya Mikityuk, Valeriya Ovarçuk və Yuliya Soloqub Ukrayna Qəhrəmanı adına (ölümündən sonra) layiq görülüblər.

Qeyd edək ki, bu ilin yanvar ayının 8-də Ukrayna Hava Yollarına aid “Boinq” sərnişin təyyarəsi Tehran hava limanından qalxdıqdan az sonra vurulmuşdu. Təyyarədə olan 9 heyət üzvü və 167 sərnişinin hamısı həlak olmuşdu. Hadisədən bir neçə gün sonra İran tərəfi təyyarəni səhvən vurduğunu etiraf etmişdi.moderator












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru