İran vurduğu təyyarənin sərnişinlərinə 150 min ödəyəcək

31-12-2020, 00:01           
İran vurduğu təyyarənin sərnişinlərinə 150 min ödəyəcək
İran bu ilin yanvarında vurduğu Ukrayna Hava Yollarına məxsus təyyarənin sərnişinlərinə ödəyəcəyi təzminatın məbləğini açıqlayıb.

KONKRET.az xəbər verir ki, İran hökuməti həyatını itirənlərin ailələrinə 150 min dollar təzminat ödəniləcəyini bəyan edib.

Bildirilib ki, həyatını itirənlərin hər birinin ailəsinə 150 min dollar ödəniləcək və ödəniş ən qısa müddətdə həyata keçiriləcək.

Qeyd edək ki, bu ilin yanvar ayının 8-də Ukrayna Hava Yollarına aid “Boinq” sərnişin təyyarəsi Tehran hava limanından qalxdıqdan az sonra vurulmuşdu. Təyyarədə olan 9 heyət üzvü və 167 sərnişinin hamısı həlak olmuşdu. Hadisədən bir neçə gün sonra İran tərəfi təyyarəni səhvən vurduğunu etiraf etmişdi.axar.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru