Səudiyyə Ərəbistanı borc almağa hazırlaşır

3-02-2016, 08:13           
Səudiyyə Ərəbistanı borc almağa hazırlaşır
Səudiyyə Ərəbistanı cari ildə büdcə kəsirinin örtülməsi üçün ilk dəfə olaraq beynəlxalq maliyyə bazarlarından 87 mlrd. dollar həcmində borc almağa hazırlaşır.”Report”un “Financial Times”a istinadən verdiyi xəbərə görə, analitiklər hesab edirlər ki, ilk mərhələdə borclanma 5 mlrd. dollar təşkil edəcək.
Qəzet xəbər verir ki, Səudiyyə Ərəbistanının gəlirlərinin 73%-i neft satışından əldə olunur. Neft qiymətlərinin kəskin düşməsi isə büdcənin balanslaşdırılmasında çətinliklər yaradıb. Ərəbistan höküməti nəinki büdcə xərcələrini azaldıb, hətta bununla yanaşı xaricdən borc vəsaiti cəlb etmək qərarına gəlib. Qeyd edək ki, artıq beynəlxalq banklar borclanma prosesində anderraytinq xidməti göstərmək üçün mübarizəyə başlayıb. Ekspertlərin fikrincə, borclanma prosesindən sonra Yaxın Şərqdə ilk borc bazarı bazası yarana bilər.
Keçən il, 2007-ci ildən bəri ilk dəfə olaraq Səudiyyə höküməti daxili bazarda istiqraz satıb. Satışın həcmi 15 mlrd. rial və ya 4 mlrd. dollar təşkil edib. Hökumət rəsmiləri bəyan ediblər ki, 2020-ci ildə büdcə kəsiri ÜDM-in 50%-nə çata bilər. 2014-cü ildə isə büdcə kəsiri 11,7 mlrd. dollar və ya ÜDM-in 1,6%-nə bərabər olub. Hazırda Səudiyyə Ərəbistanının valyuta ehtiyatları 640 mlrd. dollar təşkil edir və 2015-ci il ərzində 97 mlrd. dollar və ya 13,2% azalıb.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı xarici borcla bərabər dövlətə məxsus olan “Saudi Aramco” nef şirkətinin səhmlərinin bir hissəsini də satışa çıxarmağı düşünür. “BNP Paribas”ın analitiki Endryu MakFarlanın fikrincə, hazırda şirkətin bazar dəyəri 2-3 trln. dollar cıvarındadır. Şirkətin səhmlərinin 5%-nin satışı belə ölkənin büdcə kəsirini il ərzində tam örtməyə kifayət edəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.