“İran bu ərazilərə hücuma hazırlaşır” – ABŞ kəşfiyyatı SENSASİON MƏLUMATI VERDİ

31-12-2020, 15:20           
“İran bu ərazilərə hücuma hazırlaşır” –
ABŞ kəşfiyyatı Qüds briqadasının komandanı Qasım Süleymaninin ölümünün ildönümündə Pentaqonun Yaxın Şərqdəki qüvvələrinə İranın zərbələr endirməyi planlaşdırdığını bildirib.

Axar.az xəbər verir ki, bu barədə “Foks Nyus” kanalı öz mənbələrinə istinadla məlumat yayıb.

“Kəşfiyyat ABŞ-ın Yaxın Şərqdəki qüvvələri və Vaşinqtonun müttəfiqlərinə qarşı hücumların olacağını ehtimal edir. Narahatlıq doğuran ölkə isə İraqdır”, – kanal bildirib.

Qeyd edək ki, dünən ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı 2 ədəd B-52 strateji bombardmançı təyyarəsinin Yaxın Şərgə göndərildiyini bildirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru