Rusiya prezidenti Vladimir Putin Maliyyə-Büdcə Nəzarəti Federal Xidmətinin ləğv edilməsi haqqında fərman imzalayıb.
teref.az Report-a istinadən xəbər verir ki, sənəd çərşənbə axşamı Hüquqi İnformasiya rəsmi internet portalında dərc olunub.
Putin baş nazir Dmitri Medvedevin Maliyyə-Büdcə Nəzarəti Federal Xidmətinin Federal Xəzinədarlığa birləşdirilməsi, eyni zamanda valyuta nəzarəti işinin Federal Vergi Xidməti və Federal Gömrük Xidmətinə verilməsi təklifi ilə razılaşıb.