Şotlandiya tezliklə Aİ-yə qayıtmaq niyyətindədir –Baş nazir

1-01-2021, 11:36           
Şotlandiya tezliklə Aİ-yə qayıtmaq niyyətindədir –Baş nazir
Şotlandiyanın Baş naziri Nikola Sterdjen bölgənin yaxın zamanda Avropa İttifaqına geri qayıtmaq niyyətini bildirib.

Trend İnterfaks-a istinadən xəbər verir ki, nazir yeni il ərəfəsində “Twitter”ində “Avropa, Şotlandiya tezliklə qayıdacaq, işığı söndürməyin” yazıb.

Xatırladaq ki, Böyük Britaniya 2020-ci il yanvar ayının sonunda başlayan Aİ-dən çıxışını 1 yanvar 2021-ci ildə tamamladı. İl ərzində Avropa Birliyi və Böyük Britaniyanın nümayəndələri tərəflər arasında müxtəlif sahələrdə əlaqələrin necə qurulacağını müzakirə ediblər.

Sterdjenin sözlərinə görə, referendum keçiriləndən sonra Şotlandiya dərhal Avropa Birliyinə yenidən qoşulmaq üçün müraciət edəcək və ən qısa müddətdə oraya qəbul ediləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru