Hökumətdən biabırçı qərar – Müsəlmanlarla bağlı addım etiraz yaratdı

1-01-2021, 13:20           
Hökumətdən biabırçı qərar –
Hindistanın ultra-millətçi Baş naziri Narendra Modinin partiyası “Bxaratiya Janata” Assam ştatında İslam təhsil müəssisələrini bağlamaq üçün bir qanun layihəsi qəbul edib.

Teref.az xəbər verir ki, müxalif siyasətçilər bu addımı hökumətin anti-İslam siyasətinin bir hissəsi kimi dəyərləndiriblər.

Assam ştatının təhsil naziri Ximanta Bisva Sarma bölgədə fəaliyyət göstərən 700-dən çox müsəlman məktəbi və mədrəsəsinin bağlanacağını açıqlayıb.

Sarma məktəblərin müsəlmanlardan alınacağını və rəsmi qurumlara təhvil veriləcəyini bildirib.

Müxalif siyasətçilər hakim partiyanın addımını müsəlmanlara hücum kimi qəbul etdiklərini deyiblər.

Müxalifətdə olan Konqres Partiyasının millət vəkili Vajes Əli Çodri hesab edir ki, hakimiyyətin əsas məqsədi müsəlmanları aradan götürməkdir.(teleqraf.com)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru