Senatorlar Trampın müdafiəsinə qalxmağa hazırlaşırlar - ABŞ KİV-i

2-01-2021, 04:35           
Senatorlar Trampın müdafiəsinə qalxmağa hazırlaşırlar - ABŞ KİV-i
Respublikaçı senatorların bir qrupu yanvarın 6-da Amerika Birləşmiş Ştatları (ABŞ) Konrqresində prezident seçkilərinin nəticələrinin təsdiq edilməsi zamanı bu prosedurun əleyhinə çıxmağa cəhd göstərə bilər. Bu barədə «CNN» telekanalının saytında dərc olunmuş materialda söhbət açılır.

İki respublikaçı konqresmenin jurnalistlərə xəbər verdiyi kimi, belə cəhdi onların Senatdakı və Nümayəndələr Palatasındakı 140-a yaxın partiyadaşı göstərə bilər.

Telekanalın qiymətləndirməsinə görə, «prezident Donald Trmpın respublikaçılardan olan müttəfiqlərinin bu prosesduru dəyişmək şansı yoxdur».

Materialda qeyd edildiyi kimi, barəsində söhbət gedən qanunvericilər «seçənlər tərəfindən Baydenin seçkilədə qələbəsinin qaçılmaz təsdiqini yalnız bir neçə saatlığa təxirə sala bilər».

Telekanalın məlumatına görə, Senatdakı respublikaçıların başçısı Mitç Makkonnell yuxarı palatada öz partiyadaşlarını prezident seçkilərinin nəticələrini çəkişmə mövzusu etməməyə çağırıb.

Xatırladaq ki, yanvarın 6-da ABŞ Konqresinin hər iki palatasının birgə iclasında seçənlərin səsverməsinin nəticələri təsdiqlənməlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru