Pentaqon "F-35"lərin istehsalına dair yeni qərar verdi

2-01-2021, 10:34           
Pentaqon "F-35"lərin istehsalına dair yeni qərar verdi
Eastnews.org-un verdiyi xəbərə görə, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) döyüş sınaqlarının gecikməsi səbəbindən "F-35" təyyarələrinin tam tutumlu kütləvi istehsal qərarını dayandırdığını açıqlayıb.

Pentaqon Satınalma və İstismar İşlərindən məsul müşavir müavini Ellen Lordun verdiyi qərarı Lordun sözçüsü Cesika Maksvel açıqlayıb.

Pentaqon təyyarənin müharibə simulyasiya sınaqlarının təxminən 3 ildir bitməsini gözləyərkən "COVID-19" pandemiyası və digər texniki səbəblərin bu sınaqları ləngitdiyi ifadə edilib.

Buna görə Pentaqon "F-35"lərin kütləvi istehsalı üçün ayrılan 398 milyard dollarlıq büdcəni təxirə salmış olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru