“Standard ənd Puərs” beynəlxalq reytinq agentliyi dünyanın dördüncü ən böyük şirkəti olan “Royəl Daç Şel” kompaniyasının uzunmüddətli reytinqini “A+”dan “AA-”a endirib.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Blumberq” agentliyi yayıb. Agentlik “Şel”lə bərabər BP, “Eni”, “Repsol”, “Statoil”, “Statoil Forsikrinq”, “Statoil US Holdinqs” və “Total” şirkətlərinin də reytinqini aşağı salmaq niyyətində olduğunu bildirib. Neft şirkətlərinin reytinqinə yenidən nəzər yetirilməsinə səbəb bu bazar seqmentində ciddi maliyyə problemlərinin yaranması olub.
Qeyd edək ki, neft qiymətlərinin kəskin ucuzlaşması ucbatından dünya neft şirkətləri ümumilikdə 400 milyard dollarlıq investisiya yatırımından imtina ediblər.