Putin özünə xüsusi tapşırıqlar üzrə nümayəndə təyin etdi

3-01-2021, 02:25           
Putin özünə xüsusi tapşırıqlar üzrə nümayəndə təyin etdi
Rusiya prezidenti Vladimir Putin ölkə başçısının dövlət sərhədinin Müstəqil Dövlətlər Birliyi ölkələri ilə delimitasiya və demarkasiyası üzrə xüsusi nümayəndəsi, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri vəzifəsinə təyinatla bağlı fərman imzalayıb.

Fərmanla Mixail Petrakov bu vəzifəyə təyin edilib.

Putinin digər fərmanı ilə Petrakov həmçinin Xəzər dənizi ilə bağlı çoxtərəfli danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri olacaq.

Bununla da İqor Bratçikov vəzifəsindən azad edilib. İqor Bratçikov Rusiyanın Slovakiyadakı səfiri təyin olunub.(Report)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru