“Rusiya ilə münasibətlər tarixi maksimuma çatıb” - Pekin

3-01-2021, 05:26           
“Rusiya ilə münasibətlər tarixi maksimuma çatıb” - Pekin
2020-ci ildə Rusiya-Çin münasibətləri pandemiyanın, görünməmiş qlobal dəyişikliklərin sınaqlarına tab gətirib və tarixi maksimuma çatıb.

Bu barədə Çinin Xarici Işlər naziri Van İ bəyan edib.

«Ötən il Rusiya-Çin münasibətləri epidemiyanın «xaç suyuna salma» və dəyişikliklərin doğurduğu sınaqlara tab gətirib və bütün aspektlər üzrə tarixdə ən yüksək səviyyəyə çatıb» - Çin Xarici İşlər naziri «Xinhua» nəşrinə verdiyi müsahibədə bildirib. Nazirin sözlərinə görə, iki ölkənin strateji əməkdaşlığının «sonu yoxdur, qadağa zonası yoxdur, yuxarı həddi yoxdur».

Van İ qeyd edib ki, Rusiya və Çin koronavirusa qarşı vaksin işlənməsi, elektron kommersiya və rəqəmsal iqtisadyyat sahəsində əməkdaşlıq edir.

Onun sözlərinə görə, 2021-ci il Rusiya və Çin münasibətlərinə yönəlik xüsusi əhəmiyyət daşıyır, belə ki, ölkələr inkişafın yeni mərhələsinə qədəm qoyurlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru