Çin Baydendən rasionallıq umur - Münasibətlər yaxşılaşacaq?

3-01-2021, 05:31           
Çin Baydendən rasionallıq umur -
Pekin yeni ABŞ administrasiyasından rasional yanaşma gözləyir və hesab edir ki, belə yanaşma iki ölkə arasında münasibətlərin yaxşılaşmasına imkan yaradacaq. Bu barədə yanvarın 1-də Çin Xalq Respublikasının (ÇXR) Xarici Işlər naziri Van İ bəyan edib.

Çinli nazirin qeyd etdiyi kimi, onun ölkəsi heç vaxt Amerika Birləşmiş Ştatlarının (ABŞ) daxili işlərinə qarışmayıb və ümid edir ki, ABŞ tərəf də Çin xalqı tərəfindən seçilmiş sosial sistemə və inkişaf yoluna - Çin xalqının yaxşı həyat sürmək barədə qanuni hüququna hörmətlə yanaşaq.

«Hazırda Çin-Amerika münasibətləri yeni yol ayrıcında dayanıb… Ümid var ki, ABŞ-ın yeni hökuməti rasional yanaşmanı geri qaytaracaq, dialoqu təzələyəcək, iki ölkə arasında münasibətləri doğru məcraya yönəldəcək və əməkdaşlığı bərpa edəcək» - çinli nazir söyləyib.

Onun sözlərinə görə, Çin və ABŞ arasında münasibətlərin gərginləşməsinin səbəbi «ABŞ hakimiyyəti tərəfindən Çinin qəbulu yolundakı dönmələrdir ki, onlar Çinin şəxsində böyük təhlükə görürlər və ona görə də tamamilə səhv siyasət yürüdürlər». Van İ qeyd edib ki, Vaşinqton «yeni soyuq müharibə yaratmaq cəhdi göstərib və bununla da nəinki iki ölkənin maraqlarına, həm də bütün dünyaya ciddi ziyan vurub».

Van İ əmin edib ki, Çin ABŞ-a yönəlik münasibətlərində varisliyi və sabitliyi saxlayır. O qeyd edib ki, Pekin Çin-ABŞ münasibətlərini koordinasiya, əməkdaşlıq və sabitlik əsasında inkişaf etdirməyə hazırdır.

AzPolitika.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru