Bu ölkədən Rusiyaya ərazi iddiası: Geri qaytar...

3-01-2021, 13:47           
Bu ölkədən Rusiyaya ərazi iddiası: Geri qaytar...
Estoniya hesab edir ki, 1920-ci il Tartus razılaşması qüvvədədir.

Axar.az xəbər verir ki, bunu parlamentin spikeri Henn Pılluaas deyib.

Onun sözlərinə görə, razılaşma çərçivəsində Pskov və Leninqrad vilayətlərinin tərkibinə daxil olan bəzi torpaqlar Estoniyaya verilməlidir. O bu razılaşma sayəsində Estoniya ilə Rusiya arasında sərhədin müəyyənləşdirildiyini və beynəlxalq hüquq nöqteyi-nəzərdən onun hələ də qüvvədə olduğunu bildirib. Pılluas Rusiya ilə 2014-cü ildə sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı imzalanan razılaşmanı parlamentdə ratifikasiya etməyəcəklərini söyləyib.

Qeyd edək ki, Tartus razılaşması 1920-ci ildə Rusiya Sovet Federativ Sosialist Respublikası ilə Estoniya arasında imzalanıb. Razılaşmaya əsasən Pskov quberniyasının bir hissəsi, eləcə də Leninqrad əyalətindəki ərazilərin bəziləri Estoniyaya verilməli idi. 1944-cü ildə SSRİ-nin Estoniyanın işğalından sonra Rusiya bu əraziləri özünə birləşdirib. Moskva ilə Estoniya arasında yeni sərhəd razılaşması 2005-ci ildə imzalanıb. Razılaşmanın ratifikasiyası zamanı Estoniya ora Tartus razıalşmasına instinadla bağlı əlavə yerləşdirib. Moskva sonradan bu razılaşmanın qəbuledilməz olduğunu bildirib ki, bu da tərəflərin 2014-cü ildə yeni sərhəd razılaşmasının layihəsini imzalamasına gətirib çıxarıb. Razılaşma hər iki tərəfin parlamentinə təsdiq üçün göndərilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru