Serbiya Prezidentinin danışıqları dinlənilib - Belqradda qalmaqal

3-01-2021, 18:08           
Serbiya Prezidentinin danışıqları dinlənilib - Belqradda qalmaqal
Serbiyanın hüquq-mühafizə və xüsusi xidmət orqanları Prezident Aleksandr Vuçiçin danışıqlarının qeyri-qanuni dinlənilməsini aydınlaşdıracaq.

Teref.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Aleksandr Vulin bildirib.

“Prezident Vuçiçin “dinlənilməsi” işi ilə məşğul olan DİN-in tərkibində olan Xidmətlər həqiqəti aydınlaşdıracaq. Prezident Vuçiç heç vaxt heç bir şeyi elə-belə demir və bu barədə o, siyasi mənfəət naminə yox, bunun həqiqət olduğuna görə bildirib. O, müəyyən məlumatlar alıb”, – nazir “TV Prva” telekenalının efirində deyib. Daxili işlər nazirinin sözlərinə görə, qanunsuz “dinləmə”nin məqsədləri barədə danışmaq hələ tezdir, lakin artıq aydındır ki, onlar xoş niyyətlə edilməyib.qafqazinfo












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru