Paşinyan yenə Rusiyadan yardım istədi

3-01-2021, 18:21           
Paşinyan yenə Rusiyadan yardım istədi
Ermənistanın baş naziri Nikol Paşinyan Yerevanda Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçukla Ermənistan-Rusiya əməkdaşlığını və Qarabağdakı mövcud vəziyyəti müzakirə edib.

Teref.az xəbər verir ki, bu barədə Ermənistanın Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, Paşinyan görüşün gedişatında Ermənistan-Rusiya qarşılıqlı əlaqələrinin müzakirəsi kontekstində Overçukun səfərinin əhəmiyyətini qeyd edib.

Paşinyan Overçukla Dağlıq Qarabağda yaranmış vəziyyəti, Ermənistana humanitar yardımı müzakirə edib. Ermənistanın baş naziri xüsusən Rusiya rəsmisi ilə erməni əsirlərin və müharibədə həlak olanların meyitlərinin dəyişdirilməsini diqqət mərkəzində saxlayıb.

Hökumət rəsmiləri eləcə də Ermənistan-Rusiya əlaqələri məsələsi ətrafında müzakirələr aparıblar. Ermənistanın baş naziri və Rusiya Federasiyasının baş nazirinin müavini energetika, nəqliyyat, ikitərəfli əlaqələri nəzərdən keçiriblər.report












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru