İtaliyada həkim vaksindən sonra koronavirusa yoluxub

4-01-2021, 00:10           
İtaliyada həkim vaksindən sonra koronavirusa yoluxub
Antonella altı gün öncə virus əleyhinə peyvənd edilib. Nəticənin pozitiv çıxmasından sonra həkim bildirib ki, yenidən peyvənd olunacaq.

Sputnik. İtaliyada “Pfizer-BioNTech”in birgə hazırladığı vaksinin istifadəsindən sonra yerli həkimdə COVİD-19 virusu aşkarlanıb.

“Haber Global”ın yaydığı məlumata görə, Unberto Xəstəxanası İnfeksiyon Xəstəliklər Departamentinin direktoru Dr. Antonella altı gün öncə virus əleyhinə peyvənd edilib. Nəticənin pozitiv çıxmasından sonra həkim bildirib ki, yenidən peyvənd olunacaq. Onun sözlərinə görə, əgər peyvənd edilməsə idi, xəstəlik onda ağır fəsadlar törədə bilərdi.

Həkimin peyvənd edilmədən öncə virusa yoluxub-yoluxmadığı araşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru