Naməlum şəxs Yaponiya İmperatorunun iqamətgahına girdi

4-01-2021, 00:08           
Naməlum şəxs Yaponiya İmperatorunun iqamətgahına girdi
Yaponiyada naməlum şəxs İmperator Naruhito və ailə üzvlərinin yaşadığı Çiyoda Sarayına daxil olub.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, adı açıqlanmayan 29 yaşlı gəncin ciddi şəkildə qorunan İqamətgaha daxil olması yalnız 2 saat sonra aşkar edilib.

Saxlanılan şəxs polisə verdiyi ifadəsində İmperator ailəsinin üzvləri ilə görüşmək istədiyini deyib.

Hadisə ilə əlaqədar istintaq başladılıb.

Xatırladaq ki, bu, İqamətgahın sərhədlərini pozmaqla bağlı ilk hal deyil. Belə ki, 2020-ci ilin may ayında İmperator sarayının xarici divarına dırmaşmaq və kompleksin bağlı hissələrinə girmək üçün xəndəyi üzüb keçən yapon saxlanılmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru