ABŞ Konqresinin yeni tərkibi öz işinə başladı

4-01-2021, 07:35           
ABŞ Konqresinin yeni tərkibi öz işinə başladı
ABŞ Konqresinin noyabr seçkilərində seçilən yeni tərkibi, Senat üzərində nəzarətin hələ müəyyənləşməməsinə baxmayaraq, öz işinə başlayıb.

Virtualaz.org bildirir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Bildirilir ki, yeni tərkibdə demokratlar, zəif də olsa, Nümayəndələr Palatası üzərində nəzarəti əllərində saxlaya biliblər. Hazırda onlar respublikaçıların 211 səsinə qarşı 222 səsə sahibdirlər. Bir dairədə qalib hələ müəyyən olunmayıb, digərində isə yeni seçilmiş konqresmen Lyuk Letlou Konqresin iclasına az qalmış koronavirusdan ölüb.

Ehtimal olunur ki, Nensi Pelosi iki il müddətinə yenidən Nümayəndələr Palatasının sədri seçiləcək. O, demokratların fraksiyasına 2003-cü ildən nəzarət edir.

Konqresin yeni tərkibi yanvarın 6-da keçiriləcək ümumi sessiyada demokrat Co Baydenin prezident seçkilərində qələbəsini təsdiqləyəcək. Bununla yanaşı, güman ki, hər iki palatada respublikaçıların bir hissəsi bu təsdiqə etiraz edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru