COVID-19 Çindən yayılmağa başlamışdı? - Orada elə düşünmürlər

4-01-2021, 09:37           
COVID-19 Çindən yayılmağa başlamışdı? - Orada elə düşünmürlər
Çoxsaylı araşdırmalar göstərir ki, pandemiya planetin müxtəlif bölgələrindəki ayrı-ayrı xəstəlik ocaqları tərəfindən yaradılıb, Çin isə sadəcə yeni koronavirusun aşkar edilməsi barədə məlumat verən ilk ölkə olub. Bu barədə Çinin xarici işlər naziri Van İ öz müsahibəsində deyib.

"Biz zamanla yarışa girmişdik və dünyaya yoluxma halları barədə məlumat verən birinci ölkə olduq. Getdikcə daha çox araşdırmalar göstərir ki, pandemiya çox yəqin ki, dünyanın müxtəlif yerlərindəki ayrı-ayrı xəstəlik ocaqları tərəfindən yaradılıb", - o bildirib.

Van İ qeyd edib ki, Çin COVID-19-la mübarizədə beynəlxlaq əməkdaşlığın kökündə olub və qlobal sinerjinin formalaşmasına təsir göstərib. "Faktların obyektiv təqdim olunması və pandemiya ilə mübarizədə kollektiv yaddaşın yalana məruz qalmaması üçün biz qətiyyət göstərmişik", - çinli nazir əlavə edib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Hazırda 85 milyon 247 min 909 nəfər bu virusa yoluxub, 1 milyon 847 min 819 nəfər isə koronavirusdan ölüb.sputnik.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru