ABŞ İrana görə təyyarədaşıyan gəmisini Yaxın Şərqdə saxladı

4-01-2021, 10:10           
ABŞ İrana görə təyyarədaşıyan gəmisini Yaxın Şərqdə saxladı
ABŞ İran tərəfindən səsləndirilən təhdidlərdən sonra Yaxın Şərqdə “Nimits” təyyarədaşıyan gəmisini saxlayıb.

Axar.az xəbər verir ki, bunu ABŞ Müdafiə nazirinin səlahiyyətlərinin icraçısı Kris Miller deyib.

“Bir müddət öncə İran liderlərinin ABŞ Prezidenti Donald Trampa və digər rəsmi şəxslərə səsləndirdiyi təhdidlərə görə mən əmr vermişəm ki, “Nimits” özünün ənənəvi yerdəyişməsini dayandırsın. “Nimits” ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığınının əməliyyatlar zonası vəzifəsində qalır”, – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə İran rəsmiləri bəyanat yayaraq, ABŞ Prezidenti Donald Trampın yanvarın 20-nə qədər İrana zərbə endirəcəyini açıqlamışdılar.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.