İranda məzhəb gərginliyi – Həbs edilən məhkumlar haqda şok qərar

5-01-2021, 05:21           
İranda məzhəb gərginliyi –
İranda sünni məzhəbindən olan 5 siyasi məhkum edam edilib.

Teref.az xəbər verir ki, məhkumlardan 3-ü Məşhəd, 2-si isə Zahidan həbsxanasında dara çəkilib.

Məlumata görə, İnqilab Məhkəməsi tərəfindən sələfi “Əl-Furqan Partiyasına üzvlükdə” və “İran Sünnilərinin Milli Həmrəylik Cəbhəsi” ilə əməkdaşlıqda günahlandırılaraq ölümə məhkum edilmiş məhkumlar – Həmid Rastbala, Kəbir Səadət Cahani və Məhəmmədəli Arayiş dekabrın 31-də Məşhədin Vəkilabad həbsxanasında asılıblar.

Milliyyətcə sünni məzhəbli bəluclardan olan 2 siyasi məhbus isə yanvarın 3-də Sistan-Bəlucistan əyalətinin Zahidan şəhərinin həbsxanasında dara çəkilib. 2014-cü ildə həbs edilən bəluc məhkumlar Həsən Dehvari və İlyas Qələndərzehi “rejimə qarşı silahlı mübarizə aparmaqda”, “silah və partlayıcı maddələr daşımaqda”, “polis və təhlükəsizlik əməkdaşını qətlə yetirməkdə” və “müxalif bəluc təşkilatları ilə əməkdaşlıq etməkdə” ittiham olunub.teleqraf












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.