Səudiyyə Ərəbistanı Qətərlə sərhədlərini açdı

5-01-2021, 06:25           
Səudiyyə Ərəbistanı Qətərlə sərhədlərini açdı
Yanvarın 4-də Səudiyyə Ərəbistanı ilə Qətər arasında quru, dəniz və hava sərhədlərinin açılması barədə razılaşma əldə olunub.

KONKRET.az xəbər verir ki, bu barədə “Al Arabia” telekanalı iki dövlət arasında əlaqələrin normallaşması üzrə vasitəçilik rolunu oynayan Küveytin Xarici İşlər Nazirliyinə istinadla məlumat yayıb.

Məlumatda qeyd olunub ki, 2017-ci il iyunun 15-də bağlanan sərhədlər bu gecə açılıb. Körfəz ölkələri üçün əlamətdar olan bu addım yaxın günlərdə Səudiyyə Ərəbistanında keçiriləcək Körfəz Ölkələri Şurasının 41-ci sammiti ərəfəsində atılıb.

Xatırladaq ki, 2017-ci ildə Qətərə qarşı terrorçuları dəstəkləmə ittihamı ilə çıxış edən Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn öz sərhədlərini bağlamışdı. Rəsmi Doha bu ittihamları qətiyyətlə rədd edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru