Ukrayna Rusiyanın bu istiqamətdən hücumunu gözləyir

5-01-2021, 06:44           
Ukrayna Rusiyanın bu istiqamətdən hücumunu gözləyir
Rusiyanın Ukraynanın Xerson bölgəsinə hücum ehtimalı hələ də yüksəkdir.

Teref.az xəbər verir ki, bu barədə Ukrayna Xarici Kəşfiyyat Xidməti məlumat yayıb.

Bu barədə danışan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Valeri Kondratyuk Rusiyanın Ukraynaya yönəlik strateji hədəflərinin dəyişmədiyini söyləyib:

“Rusiya yarımadadakı su problemi səbəbindən Şimali Krım kanalına nəzarəti ələ keçirmək üçün Xersona hücum edə bilər”.

Kondratyuk bildirib ki, işğaldan öncə Krımın şirin su ehtiyatının 85 faizi Xerson bölgəsindən təmin olunurdu.

Qeyd edək ki, bu gün yayılan digər məlumata əsasən, Ukrayna Xarkov, Dnepropetrovsk, Odessa, Zaporojets, Nikolayevsk, Xerson vilayətlərinin itirilməsi təhdidi ilə üz-üzədir.
Axar.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru