Donald Trampa qarşı cinayət işi açıla bilər

5-01-2021, 04:52           
Donald Trampa qarşı cinayət işi açıla bilər
Konqresmenlər hesab edir ki, Donald Tramp bir sıra seçki cinayətlərinin törədilməsinə təhrik edib. Məktubda konqresmenlər pozuntularla bağlı ölkə qanunvericiliyindəki xüsusi müddəalara istinad ediblər.

Demokrat konqresmenlər Ted Lyu və Ketlin Rays Federal Təhqiqat Bürosunun (FTB) başçısı Kristofer Reyə Corciya ştatının dövlət katibi Bred Raffensperqer ilə söhbətinin səs yazısı yayıldıqdan sonra hazırkı prezident Donald Trampa qarşı cinayət işinin açılması ilə bağlı məktub göndəriblər.

“Report” xəbər verir ki, bu barədə Lyu özünün tvitter hesabında yazıb.

Konqresmenlər hesab edir ki, Donald Tramp bir sıra seçki cinayətlərinin törədilməsinə təhrik edib. Məktubda konqresmenlər pozuntularla bağlı ölkə qanunvericiliyindəki xüsusi müddəalara istinad ediblər.

Qeyd edək ki, səs yazısında ABŞ dövlət başçısı Donald Tramp Corciyanın dövlət katibindən onun lehinə səsləri yenidən saymağı xahiş edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.