İran İnqilab Keşikçilər Korpusunun üzvü olan 6 İran hərbçisinin Suriyanın Hələb şəhərində öldürüldüyü bildirilir.
Avropa.info xəbər verir ki, bu barədə İranın yarı rəsmi Fars Xəbər Agentliyi məlumat yayıb.
Mehdi Kuçekzade, Seyid Əlizadə, Həsən Rezzaqi, Höccətülislam Şeyx Mustafa Xəlil Rzanı, Habib Rəhimi Mənəs və Mahmud İskəndəri adlı 6 İran hərbçisi Suriyadakı qarşıdurmalarda öldürülüb.
Fars Xəbər Agentliyi öldürülən hərbçilərin rütbələri haqda heç bir məlumat verməyib. Öldürülən hərbçilərin cənazələrin sabah ölkənin müxtəlif şəhərlərində torpağa veriləcək.