ABŞ İrana qarşı sanksiyalarını genişləndirdi

6-01-2021, 00:08           
ABŞ İrana qarşı sanksiyalarını genişləndirdi
ABŞ hökuməti İrana qarşı məhdudlaşdırıcı tədbirlər çərçivəsində bir sıra İran və xarici ölkə şirkətlərini sanksiya siyahısına daxil edib.

Teref.az xəbər verir ki, ABŞ-ın Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) İranın 12 polad istehsalçısı müəssisəsinə, ölkənin metal və mədən şirkətlərinin ixracat işlərində vasitəçi olan “GMI Projects Hamburg GmbH” (Almaniya), “World Mining Industry Co., Ltd” (Çin), “GMI Projects Ltd” (Böyük Britaniya) şirkətlərinə, habelə İranın polad sənayesini qrafit elektrodları ilə təchiz edən Çinin “Kaifeng Pingmei New Carbon Materials Technology Co. Ltd” (KFCC) şirkətinə qarşı sanksiya tətbiq edib. /Report












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru