Rusiya MN Qarabağla bağlı səhvi düzəltdi - FOTO

6-01-2021, 00:06           
Rusiya MN Qarabağla bağlı səhvi düzəltdi - FOTO
Bu gün Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında Azərbaycanın Dağlıq Qarabağ ərazisi ilə bağlı texniki səhvə yol verilib.

Teref.az xəbər verir ki, Dağlıq Qarabağın yaşayış məntəqələrində 1100-dən çox sakinə yardım göstərən hərbi sülhməramlı həkimlərin mobil qrupları barədə məlumatın başlığında Qarabağın dağlıq hissəsinin adı 3 hərfin inisialı ilə göstərilib.

Bir qədər sonra isə sayt texniki səhvi düzəldərək sülhməramlı-həkimlərin Azərbaycan Respublikasının Dağlıq Qarabağ sakinlərinə yardım göstərdiklərini yazıb. (Haqqın.az)














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru