Tramp etirazçılara səsləndi: “Dinc qalın”

7-01-2021, 06:27           
Tramp etirazçılara səsləndi: “Dinc qalın”
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda etiraz aksiyası keçirənlərə müraciət edərək, onları dinc hərəkət etməyə çağırıb.

KONKRET.az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri özünün tvitterdəki səhifəsində yazıb.

“Xahiş edirəm, paytaxt polisimizi və asayiş keşikçilərimizi dəstəkləyin. Onlar həqiqətən də bizim ölkəmizin tərəfindədir.

ABŞ Kapitoliydəki hər kəsin dinc qalmasını xahiş edirəm. Şiddət yoxdur! Unutmayın, biz Qanun tərəfiyik. Qanuna hörmət edin. Çox sağ olun!”, – Prezident yazıb.

Qeyd edək ki, daha əvvəl mitinqdəki minlərlə tərəfdarı qarşısında çıxış edən Tramp onları Konqresə getməyə çağırıb. Etirazçılar binaya soxulublar. Parlamentin prezident seçkilərinin nəticələrini təsdiq etməli olan hər iki palatasının işi dayandırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru