"Hitler" Ukraynada saxlanıldı

7-01-2021, 05:28           
"Hitler" Ukraynada saxlanıldı
Ukraynada Təhlükəsizlik Xidməti ölkə ərazisində fəaliyyət göstərən neo-nasist təşkilatının “Hitler” ləqəbli liderini yaxalayıb.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Cinayətkar paytaxt Kiyevdə saxlanılıb. Onun tərəfdarlarına terror çağırışı etdiyi və bununla bağlı təlimatlar göndərdiyi məlum olub.

Təlimatlar arasında 2019-cu ildə Yeni Zelandiyada məsciddə terror aktı törətmiş Brenton Tarrantın manifesti də olub.

Bundan əlavə, axtarış zamanı rus və ukrayn dillərində ektremist ədəbiyyatına aid nümunələr, neo-nasistlərin simvolları tapılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru