Poroşenkonun Litvadan gətirdiyi nazirdən şok istefa - Səbəb

3-02-2016, 17:03           
Poroşenkonun Litvadan gətirdiyi nazirdən şok istefa - Səbəb
Ukraynanın İqtisadi İnkişaf və Ticarət naziri Ayvaras Abromaviçyus ölkədə islahatlar keçirməyin mümkün olmadığını əsas gətirərək, istefa verib.

Avropa.info xəbər verir ki, qəbul edilən vacib qərar və islahatların tez-tez bloklandığını bildirib.

“Mən və komandamda dövlət pullarına köhnə hakimiyyətin üsulları ilə nəzarət etmək istəyən marionetlərin korrupsiya əməllərinə pərdə olmaq niyyəti yoxdur” – Abromaviçyus bildirib.

Nazirin dediyinə görə onun işinə “Pyotr Poroşenko bloku” fraksiyasının sədr müavini deputat İqor Kononenko maneçilik törədirmiş.

“Məni nazir postuna irəli sürən siyasi qüvvələr son ay mənim və nazirliyin işinə əngəl olmaq üçün çox şey etdilər”.

Xatırladaq ki, Ukraynada islahatlar aparmaq üçün dəvət edilən litvalı Ayvaras Abromaviçyus 2014-cü ilin dekabrında iqtisadiyyat naziri vəzifəsinə təyin olunmuşdu. O, eyni zamanda biznesmen və “East Capital” şirkətinin sahibidir.

Amerikanın Kiyevdə səfiri Cefri Peyet Abramoviçyusu Ukrayna hökumətində aparılan islahatların əsas lideri adalndırmışdı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.