İvanka Trampın baş verənlərə reaksiyası tənqidlə nəticələndi

7-01-2021, 10:23           
İvanka Trampın baş verənlərə reaksiyası tənqidlə nəticələndi
ABŞ-ın hazırkı Prezidenti Donald Trampın qızı İvanka Tramp Konqres binasına daxil olan iğtişaşçılara müraciət edib.

“Qafqazinfo” xəbər verir ki, o, öz tvitter səhifəsindəki paylaşımında onları “Amerikanın vətənpərvərləri” adlandırıb.

İvanka, həmçinin atasının “Xahiş edirəm, paytaxt polisini və hüquq-mühafizə orqanlarımızı dəstəkləyin. Onlar həqiqətən ölkəmizin yanındadırlar. Sakit qalın”,- postunu da yayımlayıb.

Prezident qızının “vətənpərvər” ifadəsi sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib və o tənqidə məruz qalıb.

İvanka daha sonra sözügedən postunu silmək məcburiyyətində qalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru