Kadırov sələfilərlə dialoqa qarşı çıxdı: - “Onlar şeytana qulluq edir”

3-02-2016, 20:04           
Kadırov sələfilərlə dialoqa qarşı çıxdı: - “Onlar şeytana qulluq edir”
Çeçenistan rəhbəri Ramzan Kadırov Qroznıda çoxminlik mitinq zamanı sələfiləri hədələyib.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Kadırov qonşu İnquşetiya Respublikasında fəaliyyət göstərən İsa Çeçoyev və Həmzər Çumakovu “sələfi şeytanları” adlandırıb.

“İsa Çeçoyev böyük şeytandır. Əgər o, cəsaərət tapıb Çeçenistanda moizə deyərsə, birinici dəfə bunu bağışlayarıq, amma ikinci dəfə belə edərsə, onun başı gedəcək”.

Kadırov Çeçoyev və Çumakovun dini fəaliyyətinin qadağan olunması üçün İnquşetiya rəhbərliyinə müraciət edib. Çeçen lider əks halda özünün bu məsələyə müdaxilə edəcəyini deyib. O həmçinin Dağıstan rəhbərliyindən də sələfilərə qarşı təqibləri gücləndirməyi tələb edib.

“Sələfilik və vəhhabilik bizdə olmayacaq. Onlar şeytana qulluq edir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.