Trampa ultimatum verildi

8-01-2021, 01:22           
Trampa ultimatum verildi
Nümayəndələr Palatasının spikeri Nensi Pelosi bildirib ki, ABŞ-ın hazırkı Prezidenti Donald Trampı dərhal hakimiyyətdən kənarlaşdırmaq lazımdır.

Virtualaz.org bildirir ki, məlumatı “RİA Novosti” yayıb.

Onun sözlərinə görə, ölkə lideri "pozuculuq hərəkətləri" həyata keçirib və Prezidentin öz vəzifələrini yerinə yetirə bilməməsi barədə ABŞ Konstitusiyasındakı 25-ci düzəlişə uyğun olaraq kənarlaşdırılmalıdır. Pelosi bildirib ki, ABŞ Prezidenti "çox təhlükəli adam" dır və bu, ən təcili prioritetdir".

Nümayəndələr Palatasının spikeri ultimatum irəli sürüb və qeyd edib ki, əgər Trampın Kabineti onu düzəlişə uyğun olaraq kənarlaşdırmasa, Konqres impiçment təşkil edə bilər.

Qeyd edək ki, prezident səlahiyyətlərinin müvəqqəti olaraq təhvil verilməsi ABŞ Konstitusiyasına 1967-ci ildə edilmiş 25-ci düzəlişdə nəzərdə tutulur. ABŞ Prezidenti Corc Buşdan əvvəl bu düzəlişə yalnız bir dəfə əl atıblar. 1985-ci ildə Ronald Reyqan cərrahiyyə əməliyyatı zamanı səlahiyyətlərini böyük Corc Buşa verib.

Onu da xatırladaq ki, yanvarın 6-da Trampın etirazçı tərəfdarları Kapitolinidəki binaya soxularaq Senatın zalını mühasirəyə alıblar. Senat və Nümayəndələr Palatasının, Co Baydenin qalib gəldiyi ötən seçkilərin nəticələrini təsdiq etməyi planlaşdıran toplantısı dayandırılıb. Tramp tərəfdarlarını dinc hərəkət etməyə və polisə dəstək verməyə çağırıb. Daha sonra bina etirazçılardan təmizlənib. Etirazlar zamanı dörd nəfər həlak olub, polis iğtişaşların təxminən 70 iştirakçısını saxlayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.