Müsəlmanlara haram vaksin lazım deyil - “Çindən gələn vaksininin tərkibində donuz yağı var”

8-01-2021, 08:15           
Müsəlmanlara haram vaksin lazım deyil -
İndoneziya əhalinin sayına görə (270 milyon nəfər) ən böyük müsəlman ölkəsidir. Ölkədə koronavirusla bağlı vaksinə görə ciddi problem yaranıb. Müsəlmanlar deyir ki, vaksin Çindən gəlib və onun tərkibində donuz yağı var. Ona görə də o vaksin haramdır. Müsəlmanlara haram yox, halal vaksin lazımdır.
Hazırda İndoneziyada vətəndaşlara vaksin vurulmasına hazırlıq gedir. Yanvarın 13-də prosesə start veriləcək. Artıq Çindən 3 milyon ədəd vaksin gətirilib. Bu ərəfədə isə ölkənin Ali Dini Şurası bir araya gəlib. Onlar bu məsələ ilə bağlı fətva verməlidir.
"Reuters" agentliyi xatırladır ki, 2018-i ildə İndoneziyanın Ali Dini Şurasının verdiyi fətvaya əsasən qızılcaya qarşı peyvəndi qadağan edilib və bu peyvənddən istifadə haram sayılıb. Bu dəfə də Çindən gələn vaksin haram sayılacamı?
Ölkə prezidenti Çoko Vidodo (Joko Widodo) deyib ki, gələn həftə ilk vaksin ona vurulacaq.
"The New York Times" yazır ki, "Bio Fama" adlı yerli dərman istehsal edən şirkət bildirib ki, onların hazırlayacağı halal vaksinin tərkibində donuzla əlaqəli heç bir şey olmayacaq. Müsəlmanlar rahat şəkildə o vaksindən istifadə edə biləcəklər.
Elbəyi Həsənli
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru