Angela Merkeli əvəzləyə biləcək şəxsin adı açıqlandı

8-01-2021, 17:42           
Angela Merkeli əvəzləyə biləcək şəxsin adı açıqlandı
Almaniya Kansleri Angela Merkeli səhiyyə naziri Yens Şpan əvəz edə bilər.

Bu barədə “Bild” Xristian Demokratlar İttifaqının (XDİ) rəhbərlərindən birinə istinadla xəbər verib.

Bildirilir ki, o, koronavirus pandemiyası zamanı ölkəsində böyük populyarlıq və etimad qazanıb.

Nəşrin məlumatına görə, Şpan artıq XDİ nümayəndələri ilə öz şansını müzakirə edib.

“O mənə açıq şəkildə bildirdi ki, mart ayında sorğuda nəticələri Laşetin nəticələrindən daha yaxşı olarsa, özünü kansler vəzifəsinə namizəd göstərməyə hazır olacaq”, - deyə qəzet anonim mənbədən sitat gətirib.

Yanvar ayında Almaniyada XDİ-nin qurultayı keçiriləcək. Burada partiyanın yeni lideri seçiləcək. Bundestaqa seçkilər 2021-ci ilin sentyabrına planlaşdırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru