Dünyanın ən təhlükəsiz hava yolları şirkətləri - SİYAHI

9-01-2021, 06:46           
Dünyanın ən təhlükəsiz hava yolları şirkətləri - SİYAHI
Dünyanın 20 ən təhlükəsiz hava yolları şirkətinin adları açıqlanıb.

Teref.az xəbər verir ki, “AirlineRatings.com” portalı 2021-ci ildə 385 şirkətlə bağlı araşdırma aparıb.

Hava limanlarının reytinq cədvəli tərtib edilərkən qəzaların sayı, hava gəmilərinin standartları, uçuşun rahatlığı, innovasiyalar, pilotların təcrübəsi və digər amillər nəzərə alınıb.

Araşdırmanın nəticələrinə əsasən, dünyanın ən təhlükəsiz hava yolları şirkəti Avstraliyanın “Qantas” hava yolları seçilib. Bundan əlavə, təhlükəsiz hava yollarının iyirmiliyinə “Qatar Airways”, “Air New Zealand”, “Singapore Airlines”, “Emirates, EVA Air”, “Etihad Airways”, “Alaska Airlines”, “Cathay Pacific Airways”, “British Airways”, “Virgin Australia/Virgin Atlantic”, “Hawaiian Airlines”, “Southwest Airlines”, “Delta Airlines”, “American Airlines”, “SAS”, “Finnair”, “Lufthansa”, “KLM” və “United Airlines” daxil edilib.unikal.org












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru