Qətərdən kritik açıqlama: İstəyərlərsə, Türkiyə ilə...

9-01-2021, 11:36           
Qətərdən kritik açıqlama: İstəyərlərsə, Türkiyə ilə...
Türkiyə ilə strateji müttəfiq olmaqla yanaşı, bu ölkə ilə müxtəlif sahələrdə işbirliyimiz var.

Teref.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Qətər xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman əs-Sani deyib.

"Körfəz ölkələrinin digər ölkələrlə ikitərəfli münasibət qurması suveren haqqıdır. Bunlar Körfəz ölkələrinin daxili işləri ilə qarışdırılmayacaq. Türkiyə və digər ölkələrlə ikitərəfli anlaşılmazlıqları olarsa, bunlar Qətərlə əlaqələndirilməməlidir. Qətərin Türkiyə ilə digər bölgə ölkələri arasında körpü rolunu oynaması istənilərsə, bundan məmnun olarıq. Qətər onsuz da hər məsələdə bu rolu üzərinə götürür", - Sani qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru