Bu ölkədə korona testlərində iştirak edənlərə şad xəbər

10-01-2021, 03:37           
Bu ölkədə korona testlərində iştirak edənlərə şad xəbər
Avstriya hökuməti ölkədə müxalifət düşərgəsinin əsas qüvvəsi Avstriya Sosial-Demokratlar Partiyası (SPÖ) ilə koronavirus testlərində iştirak edənlərlə bağlı razılaşma əldə edib.

Axar.az xəbər verir ki, razılaşmaya əsasən, ölkədə sərt karantin rejimi başa çatdıqdan sonra (hazırda 24 yanvar nəzərdə tutulur) koronavirusa qarşı testlərdə iştirak edən şəxslərə bəzi imtiyazların verilməsi nəzərdə tutulur. Belə ki, əlində mənfi test cavabı olan şəxslərin kütləvi tədbirlərdə iştirakı, tətil üçün müəyyən regionlara səfər etməsi və otellərdə sərbəst qalması mümkün ola bilər. Müştərilərin həqiqətən də mənfi test arayışına sahib olmalarını və müəyyən tədbirlərdə iştirakı zamanı yoxlanışını isə müvafiq təşkilatçılar özləri həyata keçirməlidirlər.

Razılaşmada, həmçinin bir sıra peşə qrupları üçün həftəlik testlərin həyata keçirilməsi də nəzərdə tutulur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.