ABŞ-ın vitse-prezidenti Co Baydenin inauqurasiyasında iştirak edəcək

10-01-2021, 05:05           
ABŞ-ın vitse-prezidenti Co Baydenin inauqurasiyasında iştirak edəcək
ABŞ-ın vitse-prezidenti Mayk Pens Co Baydenin inauqurasiyasında iştirak edəcək.

"Report" xəbər verir ki, bu barədə NBC telekanalı Vitse prezidentin qərarı ilə tanış olan mənbəyə istinadən məlumat yayıb.

Bayden ABŞ-ın vitse-prezidentini özünün inauqurasiyasına dəvət etməyib. Məlumata görə, Mayk Pens buna baxmayaraq inauqurasiyada iştirak edəcək.

Qeyd edək ki, Birləşmiş Ştatların hazırkı rəhbəri Donald Tramp mərasimə qatılmayacaq. Öz növbəsində Bayden Trampın qərarına "Bu yaxşıdır", - cavabını verib.

Co Baydenin inauqurasiyası yanvarın 20-də keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru