Cenevrədə keçirilən Siruya danışıqları təxirə salındı

4-02-2016, 01:55           
Cenevrədə keçirilən Siruya danışıqları təxirə salındı
Suriyada vətəndaş müharibəsinə son qoyulması məqsədilə İsveçrənin Cenevrə şəhərində keçirilən danışıqlar müvəqqəti olaraq dayandırılıb.

teref.az saytı AzərTAc agentliyinə istinadən xəbər verir ki, bu barədə BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura Cenevrədə mətbuata verdiyi açıqlamada bildirib.

Onun sözlərinə görə, danışıqlar fevralın 25-dək təxirə salınıb. S. de Mistura bildirib ki, danışıqların dayandırılması onların iflasa uğraması anlamına gəlməməlidir, lakin konfransı təşkil edən tərəflər arasında irəliləyişə nail olmaq üçün açıq sualların müzakirəsi üçün görüşlər keçirilməlidir.

Yanvarın 29-dan başlayan danışıqlar prosesində hələlik tutarlı nəticələrin əldə olunmadığına işarə edən S. de Mistura fevralın 2-də İsveçrə televiziyası üçün verdiyi müsahibədə “danışıqlar naminə danışıqlar” aparmayacağını və tərəflərin münaqişənin həlli üçün ciddi addımlar atmalı olduğunu bildirib. O, hökumət və müxalifət qrupları arasında birbaşa danışıqlara başlamaq üçün hələ görüləsi işlərin çox olduğunu vurğulayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.