Trampa münasibət budursa, bizə necə olacaq? - Puşkov
11-01-2021, 08:37
Amerikanın sosial şəbəkə nəhənglərinin Donald Trampı Tvitterdə bloklamasından Rusiya nəticə çıxarmalıdır.
Axar.az xəbər verir ki, bu sözləri rusiyalı senator Aleksey Puşkov deyib.
“Artıq bəllidir ki, onlar (sosial platformalar – red.) siyasi böhran halında ABŞ xaricində də necə fəaliyyət göstərir və göstərəcək. Xarici internet platformalarından tam asılılıq ölkəmizin suverenliyi ilə uzlaşmır”, - deyə senator bildirib.
Qeyd edək ki, Konqresdə baş verən məlum olaylar səbəbindən ABŞ Prezidenti Donald Trampın Tvitter və Feysbuk səhifələri bloklanıb.